BAKI, 27 may. TELEQRAF

ABŞ administrasiyası Kuba ilə danışıqları davam etdirməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Ağ Evdə keçirilən kabinet iclasında bildirib.

"Biz onlarla danışacağıq, bunun üzərində işləyəcəyik. Bilirsiniz, biz Kuba xalqı üçün yaxşı bir şey istəyirik və ümid edirik ki, onlar üçün yaxşı bir nəticə olacaq. Bu, mütləq olmalıdır. Sahillərimizdən cəmi 90 mil məsafədə uğursuz bir dövlətin olması ABŞ-nin milli təhlükəsizliyinə təhdid yaradır", - deyə o bildirib.