BAKI, 25 may. TELEQRAF
ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonun İranla Hörmüz boğazı və nüvə proqramı məsələsində razılığa gəlmək üçün yaxşı imkanlarının olduğunu bildirib.
Teleqraf xəbər verir ki, Hindistanda jurnalistlərə açıqlama verən Rubio qeyd edib ki, İranın Hörmüz boğazını açması və nüvə proqramı ilə bağlı ciddi, məhdud zaman çərçivəli danışıqlara başlaması üçün real imkan yaranıb.
“Ümid edirəm ki, biz bunu bacaracağıq”, - deyə ABŞ dövlət katibi vurğulayıb.
Marko Rubio daha əvvəl “The New York Times” qəzetinə müsahibəsində də ABŞ-ın əvvəlcə Hörmüz boğazının açılmasını gözlədiyini, bundan sonra İranla nüvə məsələsini müzakirə etməyə hazır olduğunu bildirmişdi.