BAKI, 25 may. TELEQRAF
Livanın şiə təşkilatı olan “Hizbullah”ın baş katibi şeyx Naim Qasım İranın ABŞ ilə qarşıdurmadan sonra yüksək beynəlxalq nüfuza malik regional gücə çevriləcəyini bildirib.
Teleqraf xəbər verir ki, “Al Manar” telekanalının yayımladığı müraciətdə o deyib ki, genişmiqyaslı hüumu təkbaşına dəf edən İran ABŞ və İsraili alçaltmağa nail olub.
“İran ABŞ ilə müharibədən başıuca çıxacaq və dünyadakı bütün azadlıqsevər insanlar üçün dayağa çevriləcək”, - deyə Naim Qasım vurğulayıb.
O, hazırlanmaqda olan ABŞ-İran sazişinin regionda, o cümlədən Livanda hərbi əməliyyatların dayanmasına gətirib çıxaracağına ümid etdiyini bildirib.
Şeyx Naim Qasım qeyd edib ki, Livanla bağlı məsələlərin də imzalanması planlaşdırılan sənədə daxil ediləcəyinə dair əlamətlər var.
“Hizbullah” lideri həmçinin Baş nazir Nəvaf Salam hökumətini İsraillə ABŞ-ın himayəsi altında Vaşinqtonda keçirilən birbaşa sülh danışıqlarına başlamaqda ittiham edib.
O bildirib ki, xalqın “Amerika-İsrail sui-qəsdi” qarşısında belə hökuməti devirmək üçün küçələrə çıxmaq hüququ var.