BAKI, 25 may. TELEQRAF

Finlandiya Prezidenti Aleksander Stubb ölkəsinin hələlik Rusiya ilə sərhədi açmağa hazır olmadığını bildirib.

Teleqraf xəbər verir ki, o, “Yle Radio Suomi”yə müsahibəsində bu mövqeyi Rusiyanın miqrant və qaçqınlardan Finlandiyaya qarşı “təzyiq aləti” kimi istifadə etməyəcəyinə dair təminatın olmaması ilə əsaslandırıb.

Aleksander Stubb bununla bağlı Moskvanın belə addımlar atdığına dair konkret fakt göstərməyib.

Finlandiya prezidentinin açıqlaması jurnalistin Estoniyada Rusiya ilə sərhəddə fəaliyyət göstərən üç keçid məntəqəsində miqrant axınının müşahidə olunmaması ilə bağlı sualından sonra səslənib.