BAKI, 24 may. TELEQRAF
Ərəb və müsəlman ölkələrinin liderləri ABŞ Prezidenti Donald Trampla videokonfrans zamanı onu İranla razılaşmanı qəbul etməyə və regiondakı hərbi əməliyyatlara son qoymağa çağırıblar.
Teleqraf xəbər verir ki, bu barədə “Axios” portalının jurnalisti Barak Ravid mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, videokonfransda iştirak edən bütün ərəb və müsəlman ölkələrinin liderləri Vaşinqtonun Tehranla razılığa gəlməsinin regionda gərginliyin azalmasına xidmət edəcəyini bildiriblər.
Daha əvvəl Donald Tramp Bəhreyn, Misir, İordaniya, Qətər, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə liderləri ilə danışdığını açıqlayıb. O bildirib ki, söhbət zamanı İranla sülh sazişi çərçivəsində hazırlanmış anlaşma memorandumu müzakirə olunub.