BAKI, 24 may. TELEQRAF
ABŞ ordusu şənbə günü Venesuela paytaxtında Dəniz Piyadaları Korpusu və hərbi aviasiyanın iştirakı ilə sürətli cavab təlimi keçirib.
Teleqraf xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Həm helikopter, həm də Dəniz Piyadaları Korpusunun iki ədəd "Osprey" təyyarəsi Karakasda yenidən açılan ABŞ səfirliyinin üzərindən uçub.
ABŞ təlimləri təcili tibbi yardım və ya fəlakətli vəziyyətlərə hazırlıq məqsədilə keçirilib.
Təlimlər ABŞ-ın Karakasdakı səfirliyinin rəsmi açılışından təxminən iki ay sonra baş tutub.
Onlarla insan hərbi təlimlərə etiraz etmək üçün şəhərin mərkəzinə toplaşıb.
Etirazçılar əllərində "Amerika hərbi təlimlərinə yox" sözləri yazılmış Venesuela bayrağı tutublar. ABŞ hərbi təyyarələri sonuncu dəfə Karakas üzərindən 3 yanvarda uçub. Həmin il elit qüvvələr helikopterlərdən enərək prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Floresi həbs ediblər.