BAKI, 23 may. TELEQRAF
ABŞ-nin Ukraynadakı səfirliyi Kiyevə "potensial ciddi hücum" barədə xəbərdarlıq edib.
Teleqraf xəbər verir ki, səfirliyin açıqlamasında bildirilir: "ABŞ-nin Kiyevdəki səfirliyi növbəti 24 saat ərzində istənilən vaxt baş verə biləcək ciddi hava hücumu barədə məlumat alıb. Səfirlik ABŞ vətəndaşlarına həyəcan siqnalı zamanı dərhal sığınacaq axtarmağa hazır olmağı tövsiyə edir".