BAKI, 23 may. TELEQRAF

İsveçrə hökuməti ölkə əhalisinin məhdudlaşdırılması üçün 14 iyuna referendum təyin edib.

Teleqraf xəbər verir ki, İsveçrə hökuməti "10 milyon əhalisi olan İsveçrəyə yox!" təşəbbüsünü dəstəkləyir.

İsveçrənin Leewas şirkəti tərəfindən 22-23 aprel tarixlərində aparılan sorğuda ölkə sakinlərinin 52%-i əhalinin 10 milyon nəfərlə məhdudlaşdırılmasını dəstəkləyib.

İsveçrədə əhali artımı əsasən miqrasiya hesabına baş verir və hazırda əhali sayı 9,1 milyon nəfərdir. Artan infrastruktur problemləri və mənzil qıtlığı səbəbindən ölkədə əhali artımına məhdudiyyətlərin qoyulması müzakirə olunur.