BAKI, 23 may. TELEQRAF

Martın 2-dən bəri İsrailin Livana aviazərbələri nəticəsində Livanda ölənlərin sayı 3 123-ə çatıb, 9 506 nəfər xəsarət alıb.

Teleqraf xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

"İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri Livanın cənub və şərq rayonlarına zərbələr endirməyə davam edir, son sutka ərzində orada 12 nəfər ölüb, daha 109 nəfər yaralanıb", - məlumatda qeyd olunur.