BAKI, 23 may. TELEQRAF
İsrail polisi qanunsuz yollarla Livan torpaqlarına daxil olaraq orada məskunlaşmağa çalışan bir qrup israillini saxlayıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.
Livan ərazisinə daxil olan beş israilli saxlanılaraq İsrail polisinə təhvil verilib. İsrail əsgərlərini və mülki şəxsləri təhlükəyə atan hadisə cinayət kimi qiymətləndirilib və pislənilib.
Fələstin torpaqlarını ələ keçirən bəzi ekstremist İsrail qrupları yeni yəhudi məskənləri salmaq istəyirlər. Onlar tez-tez Suriya və Livan ərazisinə qanunsuz daxil olurlar.
Onlar hətta Suriya ərazisində yeni bir dövlətin qurulmasını tələb ediblər.