BAKI, 23 may. TELEQRAF
ABŞ İran problemini bu və ya digər şəkildə həll edəcək.
Teleqraf xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio bildirib.
O, ABŞ-nin diplomatiyaya üstünlük verəcəyini deyib: "Prezident həmişə bu cür məsələləri diplomatik razılaşmalar vasitəsilə həll etməyə üstünlük verir və biz hazırda bunun üzərində işləyirik, amma prezidentin artıq açıq şəkildə bildirdiyi kimi, bu məsələ bu və ya digər şəkildə həll olunacaq".