BAKI, 6 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranın yeni rəhbərliyinin Vaşinqton ilə razılığa gəlmək istədiyini bildirib, lakin tərəflərin Amerika üçün məqbul bir razılığa gələ biləcəyinə əmin deyil.

Teleqraf xəbər verir ki, Amerika lideri bu fikirləri Ağ Evdə keçirilən tədbirdə bildirib.

"Biz razılaşma əldə etməyə çox can atan insanlarla işləyirik və bizi qane edən bir razılaşma əldə edib-etməyəcəklərini görəcəyik", - deyə o, deyib.

Amerika lideri əlavə edib ki, razı olub-olmadıqlarını görəcəyik, əgər razı deyillərsə, tezliklə razılaşacaqlar.