BAKI, 6 may. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranın əldə olunmuş razılaşmalara əməl edəcəyi təqdirdə gərginliyin yekunlaşacağını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Donald Tramp özünün sosial media hesabında paylaşım edib.

"İranın razılaşdırılmış şərtləri yerinə yetirəcəyini fərz etsək ki, bu, bəlkə də böyük bir ehtimaldır artıq əfsanəvi xarakter almış “Epic Fury” əməliyyatı başa çatacaq və tətbiq edilən yüksək effektivli blokada Hörmüz boğazının İran da daxil olmaqla hamı üçün açıq olmasına imkan verəcək.

Əgər onlar razılaşmasalar, bombardmanlar başlayacaq və bu, təəssüf ki, əvvəlkindən daha yüksək səviyyədə və intensivlikdə olacaq. Bu məsələyə göstərdiyiniz diqqətə görə təşəkkür edirəm”,- o vurğulayıb.