BAKI, 4 may. TELEQRAF

Ermənistanın Baş naziri Nikol Paşinyan və britaniyalı həmkarı Kir Starmer strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalayıblar.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistanın hökumət başçısı "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Bu gün Baş nazir Kir Starmer ilə Ermənistan Respublikası və Birləşmiş Krallıq arasında strateji tərəfdaşlığa dair imzaladığımız birgə bəyannamə ilə münasibətlərimizdə yeni və perspektivli səhifə açırıq. Bu əlaqələr ümumi dəyərlər üzərində qurulub və möhkəmləndirilmiş əməkdaşlığa əsaslanır",- o qeyd edib.