BAKI, 4 may. TELEQRAF

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Avropa Siyasi Birliyinin 8-ci Zirvəsi çərçivəsində İrəvanda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb.

Teleqraf xəbər verir ki, görüşdə nəqliyyat, gömrük, enerji və rəqəmsal infrastruktur üzrə məsələləri müzakirə olunub.

Görüş çərçivəsində Türkiyənin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsi, səfir Sərdar Kılıç və Ermənistanın Türkiyə ilə normallaşma prosesi üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan memorandum imzalayıblar.

İmzalanan memoranduma əsasən, Türkiyə-Ermənistan sərhədində yerləşən Ani körpüsünü birgə bərpa olunacaq.