BAKI, 25 aprel. TELEQRAF
Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinə təşkil etdiyi gecə hücumu nəticəsində dağılan binanın qalıqları altından iki nəfərin cəsədi çıxarılıb.
Teleqraf xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Qanja "Telegram" kanalında məlumat yayıb.
Onun sözlərinə görə, qəzalı binada axtarış-xilasetmə tədbirləri fasiləsiz davam etdirilir:
"Hazırkı məlumata görə, dağıntılar altında daha beş nəfərin qala biləcəyi ehtimal edilir. Hadisə nəticəsində 21 sakin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılara lazımi tibbi yardım göstərilir".