BAKI, 16 aprel. TELEQRAF
Bu gün Maştağa və Ramana qəsəbələrində elektrik enerjisinin verilişində fasilə olacaq.
"Azərişıq" ASC-dən Teleqraf-a verilən məlumata görə, Maştağa Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35/6 kV-luq 492 saylı yarımstansiyada yeni 16 MVA gücündə transformator dövrəyə qoşulacaq.
Yenidənqurma işi ilə əlaqədar saat 12:00-dan 16:00-dək Maştağa, Ramana qəsəbələrinin və Savalan daş karxanası yaşayış ərazisinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
“Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq”, deyə qurumdan bildirilib.