BAKI, 13 aprel. TELEQRAF
İraq səfirliyinin müvəqqəti işlər vəkili Əhməd İsmayıl əl-Kəravi Bəhreyn Xarici İşlər Nazirliyinə çağırılıb.
Teleqraf xəbər verir ki, diplomata İraq ərazisindən Bəhreyn və digər Körfəz ölkələrinə qarşı həyata keçirilən davamlı PUA hücumları barədə etiraz notası təqdim edilib.
Notada İraq hökumətinə müvafiq beynəlxalq qanunlara hörmət erməklə bağlı çağırış edilib.
Qeyd olunub ki, Bəhreyn Krallığının öz təhlükəsizliyini təmin etmək və ərazilərini qorumaq üçün bütün zəruri tədbirləri görmək hüququnu özündə saxlayır.
Xatırladaq ki, dünən İraqın Səudiyyə Ərəbistanındakı səfiri eyni məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə çağırılaraq ona rəsmi etiraz notası təqdim edilib.