BAKI, 10 aprel. TELEQRAF

"Qəzza zolağında baş verənlərin Livanda təkrarlanmasının qarşısını almalıyıq".

Teleqraf xəbər verir ki, belə bir çağırışla İspaniyanın Baş naziri Pedro Sançes çıxış edib.

"Bir çox ölkə bizdən ikili standartlardan çəkinməyimizi istəyir. Livanda daha bir Qəzza olaylarının təkrarlanmasına icazə verməyəcəyik. Beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması hallarına qarşı addım atmalıyır".

O həmçinin hesab edir ki, Avropa Birliyi İsrail ilə assosiasiya müqaviləsini dayandırmalıdır.