BAKI, 8 aprel. TELEQRAF

Tamblinq üzrə Azərbaycan milli komandasının iki üzvü Portuqaliyada keçirilən Avropa çempionatında final mərhələsinə vəsiqə qazanıb.

Teleqraf xəbər verir ki, Tofiq Əliyev (54.700 xal) və Mixail Malkin (54.800 xal) həlledici mərhələdə mübarizə aparacaqlar.

Azərbaycan millisi, həmçinin tamblinq üzrə komanda hesabında da finala yüksəlib.