BAKI, 8 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp şiə hərəkatı "Hizbullah" səbəbindən İsrailin Livana hücumlarının dayandırılmasının İranla atəşkəs razılaşmasına daxil edilmədiyini bildirib.

Teleqraf xəbər verir ki, Tramp jurnalistlərə açıqlamasında Təl-Əvivin Livana zərbələri davam etdirməsinə aydınlıq gətirib: "Hizbullaha görə. Livan müqaviləyə daxil edilməyib. Onlar bununla məşğul olacaqlar. Hər şey qaydasındadır".