BAKI, 8 aprel. TELEQRAF

İran atəşkəsdən sonra Livana edilən hücumlara cavab olaraq İsrailə qarşı qisas tədbirləri görməyi düşünür.

Teleqraf xəbər verir ki, Tehran elan edilmiş atəşkəsə baxmayaraq, İsrailin hücumları davam etdirməsini narahatlıqla qarşılayır.

"Tehran hesab edir ki, ABŞ İsrailin Baş naziri Binyamin Netanyahunu idarə edə bilmir və ya ona sərbəstlik verib. Buna görə də, İran hazırda İsrailin hərbi hədəflərinə qarşı çəkindirici tədbirlər görməyi düşünür" - məlumatda qeyd olunur.