BAKI, 8 aprel. TELEQRAF

Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi tərəfindən araşdırılan cinayət işi çərçivəsində keçmiş əmək və sosial məsələlər naziri Artem Asatryan da daxil olmaqla bir qrup şəxs saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə sözügedən qurum məlumat yayıb.

Keçmiş məmurların Ermənistan Cinayət Məcəlləsinin müxtəlif maddələri üzrə ittiham olunduqları bildirilib.

Xatırladaq ki, Ermənistanın Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinin keçmiş sədri Arman Saakyan da eyni cinayət işi çərçivəsində saxlanılıb.