BAKI, 8 aprel. TELEQRAF

Amerikalı iş adamı Bill Qeyts Ceffri Epşteyn işi çərçivəsində ABŞ Konqresinin Nümayəndələr Palatasında ifadə verəcək.

Teleqraf xəbər verir ki, bu barədə MS NOW telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Bill Qeyts iyunun 10-da Nümayəndələr Palatasının Nəzarət və Hesabatlılıq Komitəsində and içərək ifadə verəcək.

Bildirilir ki, daha əvvəl onun mayın 19-da ifadə verəcəyi gözlənilirdi. Komitə rəhbəri Ceyms Komer iş üzrə bir neçə şəxsi də dinləməyə dəvət edib.

Qeyd olunur ki, onların arasında ABŞ-ın keçmiş prezidenti Barak Obama dövründə Ağ Evin hüquq müşaviri olmuş Ketrin Rümmler və eks-prezident Bill Klintonun şəxsi köməkçisi Duq Bend də var.

Xatırladaq ki, Bill Qeyts daha əvvəl Ceffri Epşteynlə əlaqələrinə görə peşman olduğunu açıqlayıb. O bildirib ki, Epşteynlə 2011-ci ildə tanış olub və bir neçə il ərzində onunla bir neçə dəfə görüşüb.