BAKI, 8 aprel. TELEQRAF
İsrail baş naziri Benyamin Netanyahu ABŞ-nin İrana zərbələri iki həftəlik dayandırmaq qərarını dəstəklədiklərini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.
Netanyahu bildirib ki, ABŞ İsraili qarşıdakı danışıqlarda ortaq məqsədlərə sadiq qalacağına əmin edib.
Onun sözlərinə görə, İsrail Trampın qərarını İranın Hörmüz boğazını dərhal açması və ABŞ, İsrail və region ölkələrinə qarşı hücumları dayandırması şərti ilə dəstəkləyir.
Baş nazir əlavə edib ki, İsrail ABŞ-nin İranla bağlı təhlükənin neytrallaşdırılması istiqamətində atdığı addımları da yüksək qiymətləndirir.