BAKI, 31 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın administrasiyası Hörmüz boğazının nəzarətini beynəlxalq konsorsiuma təhvil verməyi təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə "The Daily Telegraph" diplomatik mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, ABŞ Dövlət katibi Marko Rubio bu təşəbbüsü G7-nin xarici işlər nazirlərinin görüşündə təqdim edib. O, Hörmüz boğazında gəmiçiliyin pulsuz və rüsumsuz olması lazım olduğunu qeyd edib. Pakistan, Misir, Türkiyə və Səudiyyə Ərəbistanını əhatə edən alternativ plan da müzakirə olunur ki, bu plan Süveyş kanalına tətbiq edilən tranzit haqlarına bənzər şəkildə tətbiq olunacaq.