BAKI, 31 mart. TELEQRAF

Həcc ziyarəti üçün müəyyən edilən kvotanın 93%-i artıq tamamlanıb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, hazırda 7% yer qalıb.

"Sənəd qəbulunun yekunlaşmasına sayılı günlər qalıb. Kvota dolmaq üzrədir, vətəndaşlar tələssinlər", - o vurğulayıb.