BAKI, 31 mart. TELEQRAF

Rusiyanın "Lukoil" şirkəti ölkədə neft və kondensat hasilatını 2,1% azaldaraq 74,9 milyon tona endirib.

Teleqraf xəbər verir ki, bu barədə şirkətin 2025-ci il üzrə yekunları ilə bağlı hesabatında bildirilib.

Qeyd olunub ki, ölkə üzrə ümumi neft hasilatının təxminən 15%-i şirkətin payına düşüb.

Şirkətin Rusiyada qaz hasilatı isə 2025-ci ildə 17 milyard kubmetr təşkil edib ki, bu da əvvəlki ilin səviyyəsindən 4% azdır.

Ümumilikdə şirkətin neft hasilatının 44%-i Qərbi Sibirin, 22%-i Preduralye regionunun, 19%-i Timan-Peçora hövzəsinin, 13%-i isə Volqaboyu bölgəsinin payına düşüb.

Şirkətin Rusiyada qaz hasilatı 2025-ci ildə 17 milyard kubmetr təşkil edib ki, bu da əvvəlki ilin səviyyəsindən 4% azdır. Hesabatda qeyd olunub ki, qaz hasilatının dinamikası neft hasilatına tətbiq edilən xarici məhdudiyyətlər səbəbindən səmt qazının azalması, yetkin yataqlarda təbii hasilat enişi, eləcə də qaz emalı infrastrukturu obyektlərində aparılan təmir işləri ilə bağlıdır.

Ümumilikdə, 2025-ci ildə şirkət Rusiyada gündəlik 1,8 milyon barel neft ekvivalenti həcmində karbohidrogen hasil edib. Bunun 85%-ni maye karbohidrogenlər, 15%-ni isə təbii və səmt neft qazı təşkil edib.