BAKI, 31 mart. TELEQRAF

“Ermənistan Baş naziri Nikol Paşinyan sülh üçün hər cür səy göstərir. Əlbəttə, sülh quruculuğu çətin işdir”.

Teleqraf xəbər verir ki, bunu erməni siyasətçi Ara Xudaverdyan deyib.

Siyasətçi Ermənistanın radikal müxalifətinin və ya keçmiş hakimiyyətlərinin “Tramp Marşrutu” və sülhün əleyhinə olduqlarını bildirib:

“İllərlə ölkəni talayanlar “Tramp Marşrutu”na qarşı çıxırlar. Çünki indiki müxalifət vaxtilə müharibədən faydalananlardan ibarətdir, onlar müharibə zamanı cəsədləri soyub varlanıblar. “Qarabağ klanı” heç vaxt Ermənistan uğrunda vuruşmayıb və vuruşmayacaq”.

Xudaverdyan iyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərinə də toxunub:

“Rusiya yenidən bizi öz quberniyasına çevirmək üçün əlindən gələni edəcək. Əgər bir dövlət kimi mövcud olmaq istəmiriksə, o zaman seçkilər günü ölkəni oliqarxlara verməli olacağıq. Onlar Ermənistanı Rusiyanın ayaqları altına atmaq istəyirlər. Onlar Ermənistanı bir dövlət kimi yox, Rusiyanın quberniyası kimi görürlər.

Müharibə fərariləri bu gün “Qarabağa qayıdış”dan danışırlar. Köçəryanı ayaqyalın həbsxanaya atmaq lazımdır”.