BAKI, 31 mart. TELEQRAF
İranın Hörmüz boğazını blokadaya almasından sonra düşmən hesab olunan ölkələrə yük daşıyan heç bir gəminin bu marşrutdan keçmədiyi bildirilir.
Teleqraf xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı İranın yüksək vəzifəli mənbəsinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, blokada başladıqdan indiyədək düşmən ölkələr üçün yük aparan heç bir gəmi Hörmüz boğazını keçməyib və gələcəkdə də belə hallara yol verilməyəcək. O həmçinin iddia edib ki, hər hansı gəmi sənədləri diqqətlə yoxlanılmadan və İranla razılaşma əldə olunmadan boğazdan keçə bilməz.