BAKI, 31 mart. TELEQRAF

Qırğızıstanın İrandakı səfirliyi müvəqqəti olaraq fəaliyyətini dayandırdığını açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bəyanatda bildirilir ki, Qırğızıstan Respublikasının İran İslam Respublikasındakı səfirliyi müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Nazirlik İranda olan Qırğızıstan vətəndaşlarına yüksək diqqətli olmalarını, şəxsi təhlükəsizlik qaydalarına ciddi əməl etmələrini, kütləvi toplaşma yerlərindən və potensial təhlükəli ərazilərdən uzaq durmalarını tövsiyə edib.

Həmçinin vətəndaşlara yerli hakimiyyət orqanlarının tələblərinə riayət etmələri barədə xəbərdarlıq edilib.