BAKI, 31 mart. TELEQRAF

ABŞ hərbçiləri İranın İsfahan şəhərində yerləşən böyük sursat anbarına hücum həyata keçirib.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, ABŞ qüvvələri hədəfə bunker əleyhinə bombalardan istifadə edərək zərbə endirib. Hücumun İranın İsfahan şəhərində yerləşən iri sursat anbarına yönəldiyi bildirilir.