BAKI, 31 mart. TELEQRAF
Azərbaycanın Türkiyədəki səfirliyi 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım edib.
Teleqraf xəbər verir ki, paylaşımda deyilir:
"Radikal erməni təşkilatları tərəfindən xalqımıza qarşı törədilən qətliamlardan 108 il ötür. Azərbaycan xalqı tariximizin bu qanlı səhifələrini heç vaxt unutmayacaq.
31 Mart- Azərbaycanlıların Soyqırımı Günündə etnik nifrət və soyqırımın qurbanı olmuş bütün vətəndaşlarımızın əziz xatirəsini dərin hüznlə yad edirik".