BAKI, 30 mart. TELEQRAF

İsrail Müdafiə Qüvvələri Livan ərazisindən buraxılan raketlərin qarşısının alındığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə "Ynet" xəbər portalı məlumat yayıb.

Məlumata görə, hava həyəcanı elan edildikdən sonra İsrail ordusu Livandan Hayfa şəhəri və ətraf ərazilər istiqamətində atılan bir neçə raketi ələ keçirib.

İsrailin təcili tibbi yardım xidməti “Magen David Adom” isə raket hücumu nəticəsində xəsarət alanların olmadığını açıqlayıb.