BAKI, 30 mart. TELEQRAF
İranın Fars körfəzi sahilində yerləşən Bəndər-Abbas limanı və Kişm adasının güclü hava zərbələrinin hədəfinə çevrildiyi bildirilib.
Teleqraf xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Məlumata görə, ABŞ və İsrail qüvvələri tərəfindən Bəndər-Abbas şəhərinə və Kişm adasına intensiv hava zərbələri endirilib.
Hadisə nəticəsində mümkün zərər və dağıntılar barədə hələlik məlumat verilməyib.