BAKI, 30 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton istəsə, Hörmüz boğazından keçən ticarət gəmilərindən İran tərəfindən tələb olunan ödənişi çox qısa müddətdə ləğv edə bilər.

Teleqraf xəbər verir ki, bu barədə Tramp martın 29-da Uest-Palm-Biçdən (Florida) Vaşinqtona gedən təyyarəsində jurnalistlərə açıqlama verib.

O qeyd edib ki, proses o qədər sürətli ola bilər ki, iki dəqiqəyə tamamilə bağlaya bilərik. ABŞ lideri həmin vaxt Mar-a-Laqo iqamətgahından geri dönürdü.