BAKI, 30 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ qüvvələri İranda uzun müddətdir müəyyən etməyə çalışdıqları bir sıra hədəfləri vurub.

Teleqraf xəbər verir ki, bu barədə Tramp açıqlama verib.

Onun sözlərinə görə, son sutka ərzində ABŞ-nin uzun müddətdir axtardığı bir çox hədəf müəyyən edilərək məhv edilib. Lakin ABŞ lideri bu barədə əlavə detal və ya təsdiqedici məlumat təqdim etməyib.