BAKI, 29 mart. TELEQRAF

ABŞ və İsrailin hücumundan sonra Tehran və İranın şimalındakı bir neçə qonşu ərazi elektrik enerjisiz qalıb.

Teleqraf "Nour" xəbər agentliyinə istinadla xəbər verir ki, bu barədə İranın Energetika Nazirliyi məlumat yayıb.

Bəyanatda deyilir: "Tehranın və Əlborz əyalətinin bəzi ərazilərində elektrik kəsilib. Energetika Nazirliyinin mütəxəssisləri problemi həll etməyə çalışırlar".

Elektrik kəsintisinə Əlborz əyalətindəki yüksək gərginlikli ötürücü qülləyə dəyən partlayan mərminin qəlpələri səbəb olub.

Qeyd edək ki, 28 fevralda ABŞ İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlayıb. Buna cavab olaraq Tehran İsrailə, eləcə də Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər, Küveyt və BƏƏ daxil olmaqla Yaxın Şərqdəki ABŞ bazalarına raket və pilotsuz təyyarələrlə hücumlar həyata keçirib.