BAKI, 29 mart. TELEQRAF

İranın Livandakı səfiri, “arzuolunmaz şəxs” elan edilən Məhəmməd Rza Şeybani martın 29-da əmrə uyğun olaraq ölkəni tərk etməyib.

Teleqraf xəbər verir ki, bu barədə "Əşarq Əl-Əvsət" qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, İran diplomatı Livan Parlamentinin sədri Nəbih Bərri və "Hizbullah"ın istəklərinə uyğun olaraq Beyrutda qalacaq.

Qeyd edək ki, martın 24-də İslam Respublikasının Livandakı səfiri "ölkənin daxili siyasətinə müdaxilə etdiyinə görə persona non qrata" elan edilib. Xarici İşlər Nazirliyi İran diplomatından martın 29-dan gec olmayaraq Beyrutu tərk etməsini tələb edib.