BAKI, 29 mart. TELEQRAF
"Finlandiya ölkənin cənub-şərqində peyda olan pilotsuz uçuş aparatları (PUA) ilə bağlı Ukrayna səfirini geri çağırmalıdır".
Teleqraf xəbər verir ki, bu barədə Azadlıq Alyansı partiyasının üzvü, siyasətçi Armando Mema sosial media hesabında yazıb.
"Xarici İşlər Nazirliyi Ukraynanın Finlandiyadakı səfirini məsləhətləşmələr üçün dərhal geri çağırmalıdır. Bu cür addımların atılmaması Finlandiya hakimiyyətinin dronlardan tam xəbərdar olduğunu və Finlandiyanın ərazisini Rusiyaya qarşı zərbələr üçün istifadəyə verdiyini göstərəcək", - deyə siyasətçi yazıb.
Qeyd edək ki, Finlandiya Müdafiə Nazirliyinin açıqlamasına görə bazar günü Finlandiyada yavaş hərəkət edən bir neçə kiçik obyekt aşkar edilib. Dronlardan biri Kouvola şəhərindən şimaldakı, digəri isə şərqdəki əraziyə düşüb.