BAKI, 27 mart. TELEQRAF

İran ABŞ-nin zərbələr üçün Fars körfəzi ölkələrinin ərazilərindən istifadə etdiyini əsas gətirərək BMT Təhlükəsizlik Şurasına etiraz məktubu ünvanlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, İranın BMT-dəki daimi nümayəndəsi Amir Saeid Iravani iki ayrı məktubla həm Təhlükəsizlik Şurasına, həm də BMT-nin baş katibi Antonio Guterresə müraciət edib.

Məktublarda İran Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı hökumətlərinin ABŞ və İsrailə İran ərazilərinə hücum üçün öz ərazilərindən istifadə imkanı yaratdığını iddia edərək buna etirazını ifadə edib.

İran tərəfi bildirib ki, bu şəraitdə ölkə özünümüdafiə hüququndan istifadə etmək üçün bütün zəruri tədbirləri görmək hüququnu özündə saxlayır.