BAKI, 21 mart. TELEQRAF
Ukrayna və ABŞ nümayəndə heyətləri arasında Mayami şəhərində keçirilən görüş başa çatıb, danışıqlar martın 22-də davam etdiriləcək.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Teleqram kanalında yayımladığı videomüraciətində məlumat verib.
Onun sözlərinə görə, Ukrayna nümayəndə heyəti artıq ABŞ-dədir və ilk görüş baş tutub.
"ABŞ tərəfini Prezident Donald Trampın xüsusi elçisi Stiv Uitkoff və onun kürəkəni Cared Kuşner təmsil edir. “Komandalar sabah ünsiyyəti davam etdirəcəklər", – deyə qeyd edib.
Zelenski bildirib ki, tərəflər münaqişənin başa çatdırılması, təhlükəsizlik zəmanətlərinin təmin edilməsi və Ukraynanın bərpası istiqamətində sənədlər üzərində işi davam etdirirlər.