BAKI, 20 mart. TELEQRAF

Böyük Britaniya ABŞ-nin Hörmüz boğazının açılması naminə İran obyektlərinə zərbələr endirməsi üçün Britaniya bazalarından istifadə etməsinə razılıq verib.

Teleqraf xəbər verir ki, Böyük Britaniya zərbələrdə birbaşa iştirak etməyəcəyini bir daha bəyan edib.

Hökumət ABŞ-nin müdafiə xarakterli əməliyyatlar üçün bazalardan istifadə etməsinə razılıq verib. Bu əməliyyatlar Hörmüz boğazında gəmilərə hücumlarda istifadə olunan obyektləri hədəf alacaq.