BAKI, 20 mart. TELEQRAF
Moldova parlamenti MDB müqaviləsindən və Alma-Ata bəyannaməsindən çıxıb.
Teleqraf xəbər verir ki, bu qərar qanunverici orqanın veb saytında canlı yayımlanan iclasda qəbul edilib.
Qətnamədə deyilir: "1991-ci il dekabrın 8-də Minskdə imzalanmış Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Sazişi və 1991-ci il dekabrın 21-də Alma-Atada imzalanmış Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında Sazişə Protokolu ləğv etmək".