BAKI, 21 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Trump İsrailin İrana qarşı hərbi əməliyyatı ABŞ bu addıma hazır olduqda yekunlaşdıracağını hesab edir.

Teleqraf xəbər verir ki,o, bu fikirləri Ağ evin Cənub qazonunda jurnalistlərlə söhbəti zamanı, Floridaya yola düşməzdən əvvəl səsləndirib.

ABŞ lideri bildirib ki, İsrailin İslam Respublikasına qarşı əməliyyatı Vaşinqtonun oxşar qərara hazır olduğu vaxt başa çata bilər.

Onun sözlərinə görə, ABŞ və İsrail təxminən eyni məqsədləri bölüşür.