BAKI, 20 mart. TELEQRAF
İran Prezidenti Məsud Pezeşkian Yaxın Şərqdə sülhün bərqərar olması və təhlükəsizliyin təmin edilməsi məqsədi ilə yeni bir strukturun yaradılçasını təklif edib.
Teleqraf xəbər verir ki, o, bu barədə Novruz bayramı münasibəti ilə xalqa təbrik çıxışında bildirib.
"Biz regionda sülh və sabitliyin bərqərar edilməsi üçün Yaxın Şərqin İslam ölkələrindən ibarət təhlükəsizlik strukturu yaratmağı təklif edirik", - deyə o bildirib.
Pezeşkian hesab edir ki, regionun xarici iştirakçılara ehtiyacı yoxdur: "Müsəlman ölkələri ilə əməkdaşlıq çərçivəsində təhlükəsizlik, iqtisadiyyat, mədəniyyət və siyasət sahələrində münasibətləri tənzimləmək üçün Yaxın Şərq İslam Şurası yaradıla bilər".
İran prezidenti qonşu dövlətlərə müraciət edərək bildirib: 'Bir-birimizlə vuruşmağa haqqımız yoxdur. Və heç bir bəhanə ilə düşmənlərimizin bizim üçün qurduğu tələyə düşməyə haqqımız yoxdur".