BAKI, 20 mart. TELEQRAF

İraq xarici şirkətlər tərəfindən işlənən neft yataqlarında fors-major hal elan edib.

Teleqraf "Reuters"ə istinadən xəbər verir ki, bu qərar Hörmüz boğazının bağlanması və neftin daşınmasının mümkünsüzlüyü səbəbindən qəbul edilib.

Martın 10-da "Bloomberg" İraq da daxil olmaqla, dörd Yaxın Şərq ölkəsinin böhran səbəbindən gündəlik neft hasilatını 6,7 milyon barel azaltdığını yazıb.