BAKI, 21 mart. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin Suriyanın paytaxtı Dəməşqin qərb ətrafına zərbələr endirdiyini bildirib.

Teleqraf xəbər verir ki, hücumlar paytaxtın Əl-Kisva qəsəbəsində yerləşən hərbi obyektləri hədəf alıb. Zərbələr nəticəsində ərazidə bir neçə güclü partlayış baş verib.

Qeyd olunur ki, bu, son sutka ərzində İsrailin Suriyaya endirdiyi ikinci hava zərbəsidir. Daha əvvəl Əs-Süveyda vilayətində komanda məntəqəsi və silah anbarları da hədəfə alınıb.

İsrail ordusunun mətbuat xidməti isə bu addımı Əs-Süveyda vilayətində yaşayan druz əhalinin müdafiəsi ilə izah edib. Bildirilib ki, hava hücumu Suriya hökumət qüvvələrinin druz yaşayış məntəqələrinə hücumuna cavab olaraq həyata keçirilib.