BAKI, 19 mart. TELEQRAF

Ermənistan ehtiyac duyulduğu təqdirdə İrana humanitar yardım göstərməyə hazırdır.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan brifinq zamanı bildirib.

Hökumət başçısı hazırda rəsmi Tehranın İrəvana müraciət etmək zərurətinin olmadığını qeyd edib. Lakin o vurğulayıb ki, əgər Ermənistan hakimiyyəti humanitar yardıma ehtiyac olduğunu görərsə, müvafiq dəstək dərhal təmin ediləcək.