BAKI, 19 mart. TELEQRAF

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin əhalinin icbari tibbi sığortası sahəsində səlahiyyətləri (bu Fərmanın 3.3-cü bəndi nəzərə alınmaqla) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib.

Teleqraf xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Qeyd edək ki, sözügedən qurum 15 fevral 2016-cı il tarixində Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi adı altında fəaliyyətə başlayıb.